AZ

“Arsenal” və “Liverpul”un eyni hədəfi

Vilyan Paço İngiltərə klublarının hədəfindədir. “Ayntraxt”ın 22 yaşlı mərkəz müdafiəçisi “Arsenal” və “Liverpul”un “radar”ına düşüb.

Futbolinfo.az xəbər verir ki, Ekvador millisinin üzvünün transfer dəyəri 30 milyon avrodur. Amma almanlar onun üçün 50 milyon avro tələb edir. İngilislər yayda danışıqları davam etdirib qiymətdə endirim əldə edəcəyinə ümidlidir.

“Ayntraxt” onu mövsümün əvvəlində “Antverpen”dən (Belçika) 9 milyon avroya transfer edib. Paçonun almanlarla müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla