AZ

Baydendən növbəti səvh – Rəfahı Hayfa ilə qarışdırdı


ABŞ Prezidenti Co Bayden müsahibə zamanı Qəzzanın cənubundakı Rəfah şəhərini İsrailin şimalındakı Hayfa şəhəri ilə qarışdırıb.
Yenivaz.com
xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti məlumat yayıb.
Məlumata görə, insident prezidentin “Nexstar Media”ya müsahibəsi zamanı baş verib.
Fələstinə rəğbət bəsləyən amerikalı seçicilərin səsini qazanmaq üçün hansı addımları atdığı barədə suala Bayden belə cavab verib: “İlk növbədə onlarla görüşdüm... Və israillilərə açıq şəkildə dedim, Hayfaya hücum etməyin”.
Və bu sözlərdən sonra Amerika lideri susub.
Qəzetin yazdığına görə, Bayden, görünür, Fələstin anklavının cənubundakı, İsrailin HƏMAS-a qarşı əməliyyatları genişləndirmək niyyətində olduğu Rəfah şəhərini nəzərdə tutub.
Qeyd edək ki, İsrailin üçüncü böyük şəhəri və turizm mərkəzi olan Hayfa Rəfahdan 160 km şimalda yerləşir.
Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla