AZ

"Rusların getməsi digər hədəflərə çatmağa zəmin yaradır” - ŞƏRH

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Sulhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədinin - Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.




Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə Bakupost.az -a deyib ki, Rusiya sülhməramlılarının Azərbaycanda müvəqqəti olduğu əvvəldən bəlli idi:

“Sülhməramlılar Azərbaycan torpaqlarına daxil olanda əmin idim ki, bu, müvəqqəti tədbirdir. Belə də oldu. Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması böyük tarixi və əlamətdar hadisədir”.




Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya sühməramlı kontingenti əraziyə münaqişə tərəfləri arasında atəşkəs rejiminə nəzarət etmək üçün dəvət edilmişdi. Azərbaycan antiterror əməliyyatlarından sonra erməni silahlılarını öz ərazisindən tamamilə təmizlədi:


“Artıq ərazidə rus kontingentinin yerinə yetirəcəyi xüsusi bir funksiya qalmayıb. Yəni onlara ehtiyac yoxdur. Bu baxımdan sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi normaldır. Hesab edirəm ki, proses hissə-hissə davam edəcək və gələn ilin ortalarına qədər tamamlanacaq”.




Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli qeyd edib ki, Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi böyük hadisədir:

“Bu tarixi uğurumuzu 44 günlük Vətən müharibəsi ilə başlayan və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası prosesinin son nöqtəsi də hesab etmək olar. Rusların getməsi qarşımızda dayanan digər böyük hədəflərimizə çatmağa zəmin yaradır”.


Sevinc
BakuPost
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19937
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19115
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16195
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15942
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15219
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11737
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11215
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7900
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7788
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7603
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7333
Minimum əmək haqqı nə qədər arta bilər?
7007
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6111
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696