AZ

“Müstəsna futbol oynadıq, amma…” – Xosep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real Madrid”ə oyunsonrası penaltilərlə uduzaraq mübarizəni dayandırmasına münasibət bildirib.

7Times.az  xəbər verir ki, BBC onun “Etihad”dakı görüşdən sonra dediklərini belə çatdırıb:

“Əlbəttə, qələbə qazanmaq istəyərdim, amma “Real”ı təbrik edirəm. Biz hər şeyi etdik. Ona görə də etdiklərimizə görə qətiyyən peşman deyiləm. Bir məşqçi kimi həmişə deyirəm ki, çox qol vurub az buraxmaq ən əsasdır. Müstəsna futbol oynadıq, amma təəssüf ki, qələbə qazanmadıq. Çox yaxşı müdafiə olunsaq da, əlimizdə olan şansları qola çevirə bilmədik. Ümumi baxsaq, hamı yüksək səviyyədə çıxış etdi. Bəzən penaltilərdə qalib gələ bilirsən, bəzən də yox”.

Xatırladaq ki, birinci görüşdə 3:3 hesablı bərabərliyə razılaşan tərəflərin İngiltərədəki duelinin əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (4:3) “Real” adını yarımfinala yazdırıb.

Fanat.Az

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla