AZ

Avropa Rusiyadan tədarüklər hesabına qaz istehlakını rekord həddə çatdırıb

Mart ayında Avropa İttifaqı digər ölkələrdən 14 milyard kubmetr boru kəməri qazı alıb ki, bu da 2022-ci ilin dekabrından bəri maksimal həcmdir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Vedomosti" Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) icmalına istinadən yazıb.

Bu rəqəm Rusiyadan yanacaq tədarükünün artırılması hesabına əldə edilib.

Ötən ayın sonunda Rusiya qazının Aİ və Moldovaya ixracının həcmi ötən illə müqayisədə 26% artıb. Ümumilikdə, birinci rübdə Avropa Rusiya Federasiyasından təxminən 7,2 milyard kubmetr qaz alıb (illik + 23%). Dövr ərzində Aİ ölkələrinin ümumi boru kəməri idxalı 40 milyard kubmetr təşkil edib.

"Finam FG" analitiki Sergey Kaufman bildirib ki, birinci rübdə Aİ tərəfindən Rusiya qazının alış həcminin artması yanacaq xərclərinin azalması ilə bağlıdır. Ekspert qeyd edib ki, Rusiyada boru kəmərlərinin tədarükü üzrə monopoliyaya malik “Qazprom”un məhsulunun qiymətləri yerli minimum səviyyədə olub.

Paşa Məmmədli


 

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla