AZ

SEPAH: "İranın nüvə siyasətinə yenidən baxıla bilər"

İran tərəfi nüvə siyasətinin əvvəllər elan edilmiş istiqamətinə yenidən baxa bilər. 

HİT.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirib.

Bundan əvvəl İran nüvə silahı yaratmaq niyyətində olmadığını və atom enerjisinin inkişafının sırf dinc xarakter daşıdığını bəyan etmişdi.

Aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru yüzlərlə pilotsuz təyyarə və raket atıb. İsrail Müdafiə Qüvvələri (IDF) hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Həqari bildirib ki, İranın atdığı raketlərdən yalnız bir neçə raket İsrailə çatıb.

Bazar günü, aprelin 14-də İDF-nin digər sözçüsü Peter Lerner xəbərdarlıq edib ki, İsrail hökuməti İranın hücumuna cavab olaraq görüşəcək və qərar verəcək.

Samir

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla