AZ

ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib

"Mən bütün dünyaya dostlarımıza dəstək verdiyimiz barədə siqnal göndərmək üçün bu qanunu dərhal imzalayacağam..."
 
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Hind-Sakit okean regionunda müttəfiqlərə yardım üzrə üç ayrıca qanun layihələrini dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.
 
Ukraynaya yardım haqqında qanun layihəsində ABŞ-dan Kiyevə 61 milyard dollar yardım, bunlardan 23 milyardı Amerika arsenalının doldurulmasına, 8 milyardı maliyyə yardımına, 13, 8 milyardı Ukrayna üçün silah və müdafiə xidmətlərinə sərf ediləcəyi nəzərdə tutulur.
 
Sənəddə həmçinin ABŞ prezidentinə Kiyevə uzaqvuran ATACMS raketlərinin verilməsi tapşırılır və Dövlət Departamenti və Pentaqondan qanun layihəsinin qəbulundan sonra 45 gün ərzində Ukraynaya dəstək üzrə ABŞ-ın strategiyasını təqdim etmək tələb edilir.
 
İsrailə yardım üzrə qanun layihəsinin ümumi məbləği 26, 38 milyard dollar təşkil edir, bunlardan 9, 1 milyardı humanitar tələbatların ödənilməsinə sərf ediləcək.
 
Üçüncü qanun layihəsi Tayvana 8,1 milyard dollar ayrılmasını nəzərdə tutur.
 
Bu gün dərc ediləcək dördüncü sənəd ABŞ Respublikaçılar Partiyasının Rusiyanın dondurulan aktivlərinin müsadirə edilməsi və sonradan Ukraynaya verilməsi, Rusiya, Çin və İrana qarşı sanksiyalarla bağlı, habelə "TikTok" haqqında qanun layihəsi kimi digər xarici siyasət prioritetləri vəzifələrinin  həllinə yönəlib.
 
Nümayəndələr Palatasının spikeri Mayk Conson sənədlərlə tanış olmaq üçün qanunvericilərə 72 saat zaman ayırıb və bu qanun layihələri üzrə səsverməni şənbə günü, aprelin 20-nə təyin edib.
 
ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Hind-Sakit okean regionuna maliyyə yardımı üzrə qanun layihələrinin ayrıca səsə qoyulmasına dəstək verib, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
 
"Mən Ukrayna və İsrailə kritik vacib dəstək verilməsi, Qəzzada fələstinlilərə son dərəcə zəruri olan humanitar yardım göstərilməsi və Hind-Sakit okean regionunda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə yönələn tədbirlər paketlərini dəstəkləyirəm", - Baydenin bəyanatında deyilir.
 
Dövlət başçısı Nümayəndələr Palatası və Senata bu həftə qanun layihələrini qəbul etməyə çağırış edib. "Mən bütün dünyaya dostlarımıza dəstək verdiyimiz barədə siqnal göndərmək üçün bu qanunu dərhal imzalayacağam", - Amerika prezidenti əlavə edib.
Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla