AZ

Karlo Ançelotti Çempionlar Liqasında Xosep Qvardiolanın qənimidir

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə səfər oyunu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Arena.az xatırladır ki, “Real” ötəngecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdığı “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb.

Madriddəki ilk oyunda 3:3 hesablı heç-heçə oynamış İspaniya nəhəngi səfərdə 1:1 hesablı bərabərliyin ardından “şəhərlilər”i penaltilər silsiləsində 4:3 hesabı ilə məğlub edərək, yarışın yarımfinal mərhələsinə çıxıb.

“Squawka” dərgisinin məlumatına görə, bu qələbə sayəsində “Real”ın baş məşqçisi Karlo Ançelotti Xosep Qvardiolanın çalışdırdığı komandaları Çempionlar Liqasından 3 dəfə kənarlaşdırmış ilk məşqçi olub.

Mənbənin məlumatına görə, indiyədək müasir futbolda heç bir məşqçi Karlo Ançelottinin bu bacardığını bacarmayıb.

Ançelotti Qvardiolanı ilk dəfə 2014-cü ildə Çempionlar Liqasının yarımfinalında “Real” “Bayern”i məğlub edəndə (1:0, 4:0) peşman edib. İtalyan mütəxəssis ikinci dəfə 2022-ci ildə, “Pep” “Mançester Siti”nin sükanı arasında olanda ispan mütəxəssisə acı yaşadıb (3:4, 3:1).

Və ən nahayət, Ançelottinin qənim kəsildiyi Qvardiolaya yaşatdığı sonuncu peşmançılıq artıq məlumdur.

Üstəlik, “Real” “şəhərlilər”i Mançesterdə ilk dəfə məğlub etməyi bacarıb, düzdür, bu, penaltilər silsiləsi ilə həyata keçsə də. Bundan əvvəl komandalar Çempionlar Liqası çərçivəsində Mançesterdə 5 dəfə üz-üzə gəliblər. “Şəhərlilər”in 3 qələbəsi və 2 heç-heçəsi var. Bu oyunlarda ümumi top fərqi “Mançester Siti”nin xeyrinədir – 11:5.

Yarımfinala vəsiqə qazanmış “Real” burada Almaniya nəhəngi “Bayern”lə mübarizə aparacaq. İlk yarımfinal oyunu aprelin 3-da Münhendə, cavab oyunu isə mayın 8-də Madriddə keçiriəlcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla