Ankara, 18 aprel, AZƏRTAC
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) həm qardaş Azərbaycan və
Türkiyə, həm də bütün dünya üçün çox vacib nəticələr verəcəyinə
inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 17-də Ankarada Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səsləndirib.
COP29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edən
türkiyəli nazır, bu tədbirə çox ciddi hazırlıq prosesinın
şahid olduqlarını diqqətə çatdırıb.
İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan nazir deyib: “Azərbaycanda keçiriləcək COP29
sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Ölkəmiz də bu tədbirdə aktiv iştirak edəcək. Türkiyə su ehtiyatlarının artırılması
başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək
niyyətindədir”.
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara