AZ

Britaniya SEPAH-ı terrorçu elan etməyə ÇAĞIRDI

Britaniya parlamentariləri SEPAH-ı terrorçu elan etməyə çağırIıb.

İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” nəşri parlamentarilərin məktubuna istinadən məlumat yayıb. Bildirilir ki, Britaniya İcmalar Palatasının 134 üzvü İranın İsrailə hücumundan sonra öz hökumətlərini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb.

Qeyd edilir ki, hazırda Böyük Britaniya üçün ən böyük təhlükə SEPAH-dir.

Qəzet vurğulayır ki, “Onun fəaliyyətlərinə MI5 tərəfindən aşkar edilən və qarşısı alınan qətl planları, britaniyalı yəhudilərə dair kəşfiyyat məlumatlarının toplanması, jurnalistlərin qorxudulması və Britaniya İslam mərkəzlərində radikallaşmanın təşviqi daxildir”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla