AZ

Fransa dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlər göstərir - Bakı Təşəbbüs Qrupunun icraçı direktoru

Bakı. Trend:

Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsinidəstəkləyir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə birsıra mühüm təşəbbüslər irəli sürülüb və onlardan biri dəneokolonializmlə mübarizədir. Məqsəd müstəqillik uğrunda mübarizəaparan siyasi partiya və qüvvələrin vahid platforma ətrafındabirləşdirilməsidir.

Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçıdirektoru Abbas Abbasov Milli Məclisdə "Yeni Kaledoniya: Tarix,müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfransdadeyib.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu yarandığı yeddi ay ərzindəyeddi mühüm beynəlxalq konfrans təşkil edib.
“Fransa dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlərgöstərir. Bakı Təşəbbüs Qrupu bundan sonra da neokolonializmdənəziyyət çəkən xalqlara və ölkələrə dəstəyini əsirgəməyəcək”, - deyəAbbas Abbasov vurğulayıb.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla