AZ

Dünya kubokunda 82 medal

Sabah Bakıda bədii gimnastika üzrə dünya kubokuna start veriləcək.

Offsideplus.az xəbər verir ki, 1983-cü ildən keçirilən yarışda indiyədək 34 komandanın üzvləri medal qazanıblar.

Dünya kuboku və dünya çelenc kubokunda ümumilikdə 3384 mükafat sahibini tapıb. Bunlardan 82-si Azərbaycan gimnastlarının hesabındadır.

Millimiz indiyədək 6 qızıl, 19 gümüş və 57 bürünc medal qazanıb. Komandamız ümumi mükafat sayında dünyada 7-cidir. Rusiya 1186, Belarus 464, Bolqarıstan 390, Ukrayna 279, İtaliya 249, İsrail 222 dəfə fəxri kürsüdə təmsil olunub.

Qeyd edək ki, 34 medalçı komandadan 22-si çempionluq sevinci yaşayıb. Azərbaycan yığması mükafatların əyarına görə 13-cü yerdədir.

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla