AZ

Heydər məscidinin qarşısında “hoqqa” verən sürücü qəza törətdi - VİDEO

Paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində qaydaları kobud şəkildə pozan sürücü qəza törədib. Avtosfer.az xıbır verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, Heydər məscidinin qarşısındakı parkinqə girən “Hyundai” markalı avtomobilin sürücüsü sürət həddinə riayət etməyib. Eyni zamanda qəfildən geriyədönmə edərək “tryuk” göstərmək istəyib. Sükan arxasında və avtomobildə sərnişin qismində əyləşən gənclər mahnı oxuyaraq video çəkir və “cool sürücü” obrazı yaratmağa çalışırlar.

Sürücünün etdiyi hərəkətlərin nəticəsində idarəetmədən çıxan avtomobil parkinqdə dayanmış digər “Hyundai” markalı maşına çırpılır.

Qeyd edək ki, qəzaya səbəb olan sürücünün hərəkətləri avtoxuliqanlıq kimi dəyərləndirilə bilər.

Görüntüləri təqdim edirik:

Məhəbbət Tərlanoğlu

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla