AZ

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Bakı, 18 aprel, AZƏRTAC

Bizim dəstəyə ehtiyacımız vardır. Azərbaycan Yeni Kaledoniya xalqına yardım əlini uzadıb və buna görə Azərbaycana xalqımız, dövlətimiz və senatımız adından təşəkkür edirik.

Kanak xalqı axıradək öz müstəqillik mübarizəsini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Kaledoniya senatının üzvü Moris Vimian “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusunda aprelin 18-də parlamentdə keçirilən elmi konfransda səsləndirib.

M.Vimian bildirib ki, Yeni Kaledoniyanın siyasi rəhbəri xalqının yanındadır və onu dəstəkləyir.

Fransanın müstəmləkəçilik siyasətindən danışan senat üzvü deyib: “Fransa artıq taktikasını dəyişib. Onlar konqresə, əyalətlərə təzyiq göstərməyə çalışırlar. Biz cari ilin dekabr ayından yeni mübarizə üsuluna keçəcəyik. Fransa təbii ki, öz müstəmləkəçilik siyasətini davam etdirəcək, amma biz də ruhdan düşməyəcəyik və sonadək mübarizə aparacağıq”.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla