AZ

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Bakı, 18 aprel, AZƏRTAC

Biz çalışırıq ki, kanak xalqının mənsubiyyətini qoruyaq. Lakin Fransanın siyasəti nəticəsində biz öz mənsubiyyətimizi itiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Kaledoniya Senatın üzvü Lüdovik Bula “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusunda keçirilən elmi konfransda səsləndirib.

Yeni Kaledoniyanın Fransa dövləti tərəfindən blokadaya alınmış vəziyyətdə olduğunu söyləyən Senat üzvü qeyd edib: “Biz istəyik ki, öz dəyərlərimizi gələcək nəsillərə ötürək. Bu istiqamətdə Azərbaycan dövlətinin təşəbbüsünə görə təşəkkür edirik. O, bu gün imkan yaradır ki, biz öz dəyərlərimizi qorumaq üçün mübarizə aparaq. Azərbaycan bizim üçün nümunə, böyük qardaş rolunu oynayır”.

Seçilən
127
10
Mənbələr
Şərh ()
Bağla