AZ

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

Azərbaycan millisinin keçmiş qapıçısı Hüseyn Məhəmmədovun futbolinfo.az saytına müsahibəsi

– Çempionluğu vaxtından əvvəl təmin etmiş “Qarabağ” son turda “Sabah”a uduzdu. Bu məğlubiyyəti gözləyirdiniz?

– Həmin oyuna baxdım, gərgin matç keçdi. Hər iki komanda qələbə üçün mübarizə apardı. Açığı, “Qarabağ”ın məğlub olacağını gözləmirdim. Çünki bu komandanın gücünə bələdik. “Qarabağ” çempionluğa layiqdir. Amma “Sabah” da bu görüşdə əzmkarlıq nümayiş etdirdi və qələbə qazandı. Onların məqsədi avrokuboklara düşməkdir.

– “Qarabağ”ın gənc qapıçısı Amin Ramazanovun bu görüşdəki çıxışı haqda nə deyə bilərsiniz?

– Amin gənc qolkiperdir, səhvləri oldu. “Sabah” həmin səhvlərdən yararlanmasaydı, onlar üçün çətin olacaqdı. Futbolda belə hallar hər qapıçının başına gələ bilər.

– Hansı komandaların Avropa Liqası və Konfrans Liqasına vəsiqə qazanacağını düşünürsünüz?

– “Zirə”, “Sumqayıt”, “Neftçi”, “Sabah”, “Turan Tovuz” – bu komandaların hamısı avrokuboklara vəsiqə qazanmağa çalışacaq. Bu dəqiqə konkret ad çəkmək mümkün deyil. Çünki aralarında gərgin mübarizə gedir. Çempionatın həlledici məqamıdır, artıq hər xal “qızıl xal” sayılır. Qarşıdakı turlarda hansı nəticələrin qeydə alınmasından çox şey asılıdır. Özünüz də görürsünüz ki, matçlarda gözlənilməz nəticələr qeydə alına bilir. Buna görə də konkret fikir səsləndirmək olmur.

– İkinci yerə iddialı olan “Sumqayıt” bu mövsüm “Zirə”yə qalib gələ və qol vura bilmədi. Bunu nə ilə əlaqələndirirsiniz?

– Düzdür, bu mövsüm “Zirə” ilə oyunlar “Sumqayıt” üçün çətin keçdi. Görünən odur ki, Rəşad Sadıqov rəqibi daha yaxşı analiz etdi və onlara şərait yaratmadı. Bu səbəbdən “Sumqayıt” “Zirə” ilə matçlarda qol vurmağa çətinlik çəkdi. Amma deyərdim ki, hər iki komanda bir-birinə qarşı istəkli, əzmkar oyun nümayiş etdirdi. Rəqibi düzgün analiz etmək futbolda çox vacibdir.

– Mövsümə yaxşı başlayan “Araz-Naxçıvan”da son vaxtlar eniş yaşanır. Çıxış yolu kimi baş məşqçi postunda dəyişiklik edildi və Elmar Baxşıyev komandaya dəvət olundu…

– Bəli, “Araz Naxçıvan”da baş məşqçi dəyişikliyi baş verdi və bu posta Elmarı dəvət etdilər. Onun haqqında nəsə deməyə ehtiyac yoxdur. Uzun müddət “Qəbələ”də işlədi. Bacarıqlı gənc məşqçilərdən biridir. “Araz-Naxçıvan”a gəlibsə, çalışacaq ki, burada da özünü sübut etsin. Ona uğurlar arzulayıram.

– Elmar Baxşıyevin sabiq komandası “Qəbələ” isə uğursuz gedişata son qoymaq üçün onu Kaxaber Sxadadze ilə əvəzlədi. Ancaq bölgə təmsilçisi yenə məğlubiyyətləri sıralayır. “Qəbələ”nin Premyer Liqanı tərk etməsi klubun və Azərbaycan futbolunun ziyanına olmayacaq?

– Sxadadzenin gəlişindən sonra da “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı. Demək olar, belə şansları yoxdur. Ola bilsin, rəhbərlik düşündü ki, baş məşqçi dəyişikliyi edilsə, komanda özünə gələ bilər. Ancaq görünən odur ki, alınmadı. “Qəbələ” kimi komandanın çempionatı tərk etməsini istəməzdik. Onlar liqada qalsalar, daha yaxşı olar, çünki region komandasıdır. Amma buna biz qərar verə bilmərik, söz sahibi AFFA rəhbərliyidir.

CAVAD

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
332
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
236
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
161
Bu yol qovşağında təmir işləri aparılacaq
157
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
90
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
84
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
79
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
73
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
66
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
64
Bakıda 9 otaqlı evdə yanğın baş verib
60
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
51
Çingiz Mustafayevin toyudur - FOTOLAR
51
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
50
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
32
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
29
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
27
Kirayə evə görə vergini kim ödəməlidir?
27
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
26