AZ

"Fransa dənizaşırı departamenti adı altında müstəmləkə siyasəti aparır"

“Bu gün Fransa bəlkə də yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkə siyasətini aparır".

 

Modern.az xəbər verir ki, bu barədə  Milli Məclisdə keçirilən "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş elmi konfransda deputat Tural Gəncəliyev deyib.


"Beynəlxalq hüquq üzrə təhsil alanda sadəlöhvlük ilə inanırdım ki, beynəlxalq hüquq normalarına böyük ölkələr tərəfindən riayət olunacaq. Amma onu görürük ki, başqalarını insan hüquqlarının pozulmasında ittiham edən Fransa 1873-cü ildə bəri kanak xalqını işğal altında saxlayır. Onların bütün hüquqlarını pozur", - deyə deputat bildirib.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla