AZ

Müharibəyə qatılmaq üçün Vətənə qayıtdı, şəhidlik zirvəsinə ucaldı... – VİDEO 

Ağdamda Şəhid Hüseynov Fizuli Əhəd oğlunun doğum günü münasibətilə tədbir keçirilib. 
Mərasimdə şəhidin doğmaları, döyüş yoldaşları, şəhid anaları və rayon rəsmiləri iştirak ediblər. 
Azərbaycan torpaqlarının azadlığı uğrunda canını-qanını əsirgəməyən Füzuli Hüseynov 1971-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. Abdal Gülablı kənd orta məktəbində təhsilini başa vurduqdan sonra Ağdam şəhərində Mexanizasiya texnikumuna  daxil olub. 

Bir müddətdən sonra Sovet ordusu sıralarında hərbi xidmət keçən bu gənc oğlan 1992-ci ildə Vətənə qayıdır. 

Artıq o zaman Qarabağda müharibə gedirdi. 

Könüllü olaraq yerli özünümüdafiə batalyonuna qoşulan Füzuli Hüseynov erməni silahlı dəstələrinin çoxsaylı hücumlarının dəf edilməsində şücaətlə iştirak edir. İlk döyüşü doğma kəndi Abdal-Gülablıdan başlayır. O, Bağbanlar, Mərzili ,İsmayılbəyli, Saybalı, Novruzlu, Yusifcanlı kəndlərində gedən döyüşlərdə ağır sınaqlardan üzüağ çıxır.

Füzuli Hüseynovun son döyüş yolu rayonun Yusifcanlı kəndindən keçir. 1994-cü ilin aprel ayının 17- də xüsusi döyüş tapşırığının yerinə yetirilməsi məqsədilə döyüş yoldaşları ilə birgə kəşfiyyata gedir. Qayıdanda isə Yusifcanlı ərazisində minaya düşür və şəhidlik zirvəsinə yüksəlir.

Şəhid Hüseynov Füzuli Əhəd oğlu Ağdam rayonunun Qərvənd kənd Şəhidlər Xiyabanında dəfn edilib.

 


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla