AZ

Çinlilər İrəvanda: Paşinyanın dəhliz projesini dəstəklədilər

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq şöbəsi sədrinin müavini Çen Çju ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, İrəvanda keçirilən görüşdə nəqliyyat dəhlizləri ətrafında da müzakirə aparılıb.

Arşakyan Nikol Paşinyan hökumətinin nəqliyyat kommunikasiyaları ilə bağlı “Sülh qovşağı” proqramını təqdim edib.

“Sülh və təhlükəsizliyi ehtiva edən layihənin həyata keçirilməsinə Çinin dəstəyi dəyərli olacaq”, - vitse-spiker bildirib.

Onun iddiasına görə, Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün maksimum səy göstərir.

“Sülh qovşağı”na toxunan Çen Çju bildirib ki, Çin projenin həyata keçirilməsini dəstəkləyir və nəqliyyat dəhlizləri ilə bağlı “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində əməkdaşlıq imkanı görür.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla