AZ

Niyə Əli Kərimli və Sevinc Osmanqızı üzr istəmək mədəniyyətinə malik deyillər? ANALİZ

“Sülhməramlılar çıxmasa qələbə yarımçıqdır” deyənlərin hazır ki, faktlar önündə diz çökməməsi təəccüb doğurur

Sular durulduqca çox məsələlərə aydınlıq gətirilir. Və bu zaman bir daha məlum olur ki, dağıdıcı müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan cəmiyyətinin maraqlarına zidd fəaliyyət yolu tutublar. Danışdıqları fikirlər, irəli sürdükləri ideyalar sadəcə boşboğazlıqdan başqa bir şey deyil. Bu ünsür yığnağı 44 günlük Vətən müharibəsi başlayandan bu günə qədər ictimai siyasi həyatda baş verən hadisələrə özlərinin dayaz düşüncəsi, ağılsız yanaşmaları ilə münasibət bildiriblər. Belə demək olar ki, sayıqlamaları Qərbin qaranlıq dairələrinin və Ermənistandakı revanşistlərin mövqelərindən fərqlənməyib. 2020-ci il sentyabrın 27-ə qədər Əli Kərimli, Cəmil Həsənli və xaricdəki antimilli ünsürlər, xüsusilə də Sevinc Osmanqızı, Qabil Məmmədov, Trol Sadıqlı, Arif Yunus və digərləri “erməni işğalını aradan qaldırmaq mümkün olmayacaq”. Hətta AXCP üzvü, trol Qabil Məmmədov Əli Kərimlinin fikirlərini ifadə edərək deyirdi ki, “Əgər bu hakimiyyət bir kəndi işğaldan azad etsə, qulağını kəsəcək”. Sevinc Osmanqızı ad və soyadlı məxluq isə iddia edirdi ki, “Qarabağın azad edilməsi mümkünsüz məslədir”. Əli Kərimli Qarabağın azad edilib, zəfərə gedin yolun təmin olunması ərəfəsində sərsəmləməyə başladı ki, guya “qələbə yarımçıqdır”. Lakin Laçında kömrük postu və sərhəd keçid məntəqəsi quruldu. Bundan sonra düşünmək olar ki, bu məxluqlar etdikləri əməllərə, irəli sürdükləri sayıqlamalara görə Azərbaycan xalqından üzr istəyəcəklər. “Bir kənd alınsa qulağımı kəsəcəm” deyən Ə.Kərimlinin trolu Q.Məmmədov isə nə qulağını kəsdi, nə də sərsəm sözlərinə görə, ən az “dəli olmuşdum, ağlım özümdə olmayıb” kimi fikirlərə yer verdi. Əksinə öyrədilmiş əl tulası kimi daha uca səslə öz sayıqlamalarına don geyindirməyə çalışdı.

Dağıdıcı ünsürlər özlərini böyük oyunun “peşka”ları kimi aparırlar

Sonrakı proseslərdə də dağıdıcı müxaliflər və xaricdəki tör-töküntülər qarayaxma kampaniyalarından əl çəkmədilər. Bu dəfə iddialar irəli sürməyə çalışdılar ki, Xankəndi şəhəri və ətraf ərazilər separatçılara qalacaq və Rusiya onları himayə edəcək. Lakin bu anormal fəaliyyətdə uzun çəkmədi. Onlara daha bir sərt sillə 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə bölgədəki bütün terrorçu hərbi birləşmələr məhv edildi və terrorçuların əksəriyyəti, o cümlədən Arayik, Vardanyan, Qukasyan, Saakyan və digərləri həbs olunaraq istintaqa təhvil verildilər. Yaxın vaxtlar da onlar Məhkəmə qarşsına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar. Bölgə separatçılardan və terrorçulardan təmizləndikdən az sonra, yəni oktyabrın 15-də ə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev Xankəndi şəhərində xalqa müjdəli müraciət etdi və əzəmətli binanın qarşısında Azərbaycanın üç rəngli bayrağını ucaltdı. Bu qürurverici anları dünyanın əksər televiziyaları yayımladı, mətbuatları işıqlandırdı, dostlar millətimizə təbrik məktubları ünvanladılar. Yenə də Ə.Kərimli, C.Həsənli və xaricdə müəyyən ölkələrin xüsusi xidmət orqanlarının girovluğunda olan antimilli ünsürlər öz məkrli niyyətlərindən və qərəzli açıqlamalarından əl çəkmədilər.

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində səsvermə də iştirak edən Yenilməz Sərkərdə, Ali Baş Koman İlham Əliyev və ailəsi bununla bir daha bütün bəşəriyyəti Xankəndinin, Ağdərənin, Xocavəndin, Şuşanın, Ağdərənin, Əskəranın, Xocalının və digər ərazilərin əbədi olaraq Azərbaycan dövlətinin ayrılmaz hissəsi olduğunu nümayiş etdirdi. Gözlmək olardı ki, heç olmasa bundan sonra dağıdıcı ünsürlər siyasi mədəniyyət nümayiş etdirərk yanaşmalarında səhvlərə yol verdiklərini bəyan edib, xalqdan üzr istəyəcəklər. Hətta o dövr də bəzi siyasi analitiklər qeyd edirdilər ki, Ə.Kərimli, C.Həsənli və digər boşboğazlar bundan sonra siyasət də qalmayacaqlar, onlar siyasi prosesləri tərk edəcəklər. Lakin dəhşətli və son dərəcə təəccüb doğuran hadisələr yaşandı. Ə.Kərimli, C.Həsnli və digərləri “biz siyasəti tərk etmək fikrində deyilik” deyə bildirdilər. Bununla sözügedən şəxslər bütün parametrlərinə görə “bir kənd işğaldan azad edilsə qulağımı kəsəcəm” deyən Q,Məmmədovdan fərqlənmədiklərini nümayiş etdirdilər.

“Rus sülhməramlılar çıxmasa Qarabağın azad edilməsi yarımçıqdır” deyənlər bundan sonra nələri uyduracaqlar?

Qələbələrin ardıcıl xarakter alması ilə dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin işğaldan azad edilən ərazilərimizlə bağlı qarayaxam kampaniyaları səngimir. Bu dəfə iddia irəli sürdülər ki. Rus sülhməramlıları Qarabağdan çıxmayacaq. Hətta Ə.Kərimli sərsəm xarakterli fikirlər səsləndirərək bildirirdi ki, “Rusiya Qarabağda hərbi baza yaradacaq”. ABŞ-ın qaranlıq dairələrinin çirkli qoltuğu arasına sığınan S.Osmanqızı isə özünün “Osmanqızı TV” sində bildirirdi ki, “ Rus sülh məramlıları Qarabağdan çıxmayınca, bölgənin işğaldan azad edildiyini demək olmaz”. Yenə də fikirlərinin əsasız və boşboğazlıqdan başqa bir şey olmadığı sübuta yetirildi. Artıq ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Proseslər davam edir. Yaxın vaxtlar da Rusiyanın hərbi kontingenti tamamilə bölgədən çıxacaqlar. Sosial şəbəkələr də Rusiyanın hərbi karvanın Qarabağdan çıxdığını əks etdirən video görüntülər yayılıb. Bununla da məslə ilə bütün dedi qodu, qeybət xarakterli fikirlərə son qoyuldu. Bir daha ayın oldu ki, Azərbaycan dünyanın ən güclü və qüdrətli dövlətidir. Həm də sübut edildi ki, Prezident İlham Əliyev “nəyi, necə və nə vaxt etməyi” hər kəsdən daha yaxşı bilir. Bu məqam da düşünmək olar ki, Ə.Kərimli, C.Həsənli və xaricdəki erməni dəyirmanına su tökən antimilli ünsürlər sərsəm təhlillərinə və mövqelərinə görə nəhayət xalqdan üzr istəyəcəklər. Lakin bir el məsli var, “abırsızın yanlış hərəkətinə görə utanması mümkün deyil”. Əli Kərimli, Cəmil Həsənli və xaricdəki antimilli ünsürlər, xüsusilə də Sevinc Osmanqızı, Qabil Məmmədov, Arif Məmmədov, Trol Sadıqlı, Arif Yunus və digərlərində az da olsa sifətlərində abır-həya olmadığından əməllərinə və fikirlərinə görə də xalqın önündə diz çöküb, üzr istəmələri də mümkünsüz görünür. Belələrini daha bir el məsəlində deyildiyi kimi, “qozbeli qəbirdə düzəltməz”.

İLHAM ƏLİYEV

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla