AZ

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Nazir:

Bakı, 18 aprel, AZƏRTAC

“Hər il Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verir. İstəyərik ki, baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın bütün məktəblərində belə hadisələr hər yerdə olur, olub, olacaq”.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada deyib. O bildirib ki, yaxşı təhsil sistemində hadisə baş verdikdən sonra verilən reaksiya önəmlidir: “Bu nöqteyi-nəzərdən düşüncəmiz odur ki, prosedur önəmlidir. İnsanların emosiyaları yox, hadisədən sonra atılan addım daha vacibdir.

Hadisə baş verdikdən sonra biz emosional gərginlik hiss edirik, amma bu gərginlik şagirdlərə hansı faydanı verir? İctimai qınaqla problemlərin həll olduğuna inanmıram”.

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla