AZ

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Britaniyada

London, 18 aprel, AZƏRTAC

Britaniya polisi 70 mindən çox insanın on milyonlarla funt sterlinqini dələduzluq yolu ilə ələ keçirən dəstənin üzvlərini həbs edib.

AZƏRTAC xəbər verir ki, dəstə üzvləri 170-ə yaxın populyar brendin, bank və ictimai qurumların saxta veb-saytlarını yaradaraq insanların elektron poçt ünvanlarını, parol və maliyyə məlumatları kimi şəxsi məlumatlarını oğurlayıblar.

Polislər bu həftə dəstə liderinin və onun dörd əsas üzvünün evlərinə basqın ediblər. Qeyd olunur ki, həmin şəxslər ayda 200-300 funt-sterlinq qarşılığında 2000 cinayətkara saxta veb-saytlar almaq və qurmaqda dəstək göstərib.

Britaniya polisi dələduzları yaxalamaq üçün dünya üzrə 17 digər hüquq-mühafizə orqanı ilə birgə iki illik əməliyyat keçirib. Britaniyada 37 şübhəli həbs edilib və xaricdəki 70 mülkdə axtarış aparılıb.

Polisin hesablamalarına görə, dələduzlar “Lab Host” veb-saytı vasitəsilə 40 min saxta sayt yaradıb və 480 min kart nömrəsi, 64 min PİN nömrə, və onlayn xidmətlər üçün bir milyon parol oğurlayıblar. Bu, təkcə Böyük Britaniyada 70 min zərərçəkənin olduğu mənasına gəlir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
75
2
Mənbələr
Şərh ()
Bağla