AZ

Meydanda ürəktutması keçirdi və...

İtaliya futbolunda faciəvi hadisə baş verib.

Ölkə çempionatının 5-ci divizionunda çıxış edən komandanın yarımmüdafiəçisi Kastelfiorentino Mattia Canni dünyasını dəyişib.

O, bazar günü keçirilən matç zamanı ürəktutması keçirib. 26 yaşlı futbolçu qəflətən yerə yıxılıb. Həkimlərin ilkin müdaxiləsindən sonra o, xəstəxanaya aparılıb. Lakin Kastelfiorentinonun həyatını xilas etmək mümkün olmayıb.

İtaliya Futbol Federasiyası bəxtsiz futbolçunun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib. Federasiyanın himayəsi altında keçiriləcək bütün turnirlərin növbəti matçlarının birdəqiqəlik sükutla başlayacağı açıqlanıb.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla