AZ

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib. 

 

Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub.

 

36 yaşlı Rihanna aprelin 17-də Londonda keçirilən "Fenty x Puma" tədbirinə qatılıb. Müğənni ictimaiyyət qarşısına tünd qəhvəyi kombinezon, həcmli palto və uyğun idman ayaqqabısı ilə çıxıb. Məşhur görünüşünü qızıl zəncirlər, qəhvəyi çərçivələrdə sarı linzalı gün eynəyi və sırğalarla tamamlayıb.

 

İfaçı əvvəlkindən daha açıq saç rəngi və fərqli saç düzümü ilə diqqət çəkib. 

 

Rihanna bu yaxınlarda görünüşündən narazı olduğunu açıqlayıb. O, ana olduqdan sonra bədən formasının dəyişdiyindən gileylənib.

 

İnci

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla