AZ

Ferstappen planetin 100 ən güclü insanı arasında

“Red Bull” pilotu Maks Ferstappen TİME nəşrinin versiyasına görə, planetin ən məşhur insanı siyahısına salınıb.

“Son il ərzində Maks Ferstappen Mayami, Monako, Əbu-Dabi, Yaponiya, Qətər, Avstriya və digər yerlərdə qələbələr qazanıb. Heç bir idmançı dünyanın bu qədər müxtəlif yerlərində qələbə görməyib.

Ferstappen yarış zamanı o qədər əmin olur ki, bir gözü ilə trasda quraşdırılan monitorda digər pilotlar arasında mübarizəni izləyir. Onun saysində planetin müxtəlif yerlərinə minlərlə narıncı köynək geyinən insanlar axışır. 3,2 milyard dəyərə qədər yüksələn Formula 1 biznesini hazırda maraqlandıran yeganə sual, onun dominantlığının nə vaxta qədər davam edəcəyidir”, – deyə TİME qərarını açıqlayarkən açıqlama verib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla