AZ

Tikinti materiallarının qiyməti artırır - AÇIQLAMA

Azərbaycan Rusiyadan kifayət qədər tikinti materialları alır. Rusiya bazarında tikinti materiallarına təlabat artıqca, Rusiyadan başqa ölkələrə ixracatın azalması müşahidə oluna bilər.

Bu sözləri News24.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Rusiuyada su daşqınları zamanı kifayət qədər böyük həcmdə ərazilərə ziyan dəyib:

“Onların bərpasına əlavə tikinti materialları lazım olacaq. Amma uzun müddətli bağlanmış müqavilələr də var. Onların çərivəsində yəqinki sifariş verdiyi məhsulları ala biləcək. İstər- istəməz bu bazarda müəyyən materialların çatışmazlığına və müəyyən qiymət artımına səbəb ola billər. Sadəcə izləmək lazımdır. Əgər ikinci rübdə bu problemlərlə əlaqəli Rusiyadan gələn tikinti materiallarında azalmalar müşahidə olunsa, o zaman bazardakı qiymətlərin də artımını müşahidə edə bilərik”.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
47
news24.az

10Mənbələr