AZ

Mehdi Mehdiyev: “Sülhməramlıların Xocalıda böyük bir hissəsi qalsa da...”

Nəhayət ki, Rusiya Federasiyasının Qarabağda yerləşən sülhməramlı qoşunları mərhələli şəkildə çıxmağa başlayıb.

Bu fikirləri Herbiand.az-a "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib.

Bu proses  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasətin nəticəsində baş verdi. Prezidentin “Mən bilirəm nəyi nə vaxt etmək lazımdır ki, uğurlu nəticəsi olsun” fikri təstiqini bir daha tapdı. Tərketmə Kəlbəcərdən başladı. Sülhməramlıların burada xidməti beş illik nəzərdə tutulurdu. Beş ildən sonra bu məsələyə baxılacaqdı. Azərbaycan tərəfinin razılığına əsasən, ya qalacaqdılar, ya gedəcəkdilər. Lakin lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız tam azad olundu, Azərbaycanın konstitusion hüquqları bərpa olundu. Və erməni əhalisi Qarabağda qalıb yaşamaqdan imtina etdilər.  Azərbaycan ərazisində erməni yoxdur. Onlar azərbaycanlı ilə  azərbaycanlı arasında sülhməramlı funksiyası yerinə yetirməyəcək ki?! Təbii ki, onların burada xidmət etməsinin artıq əhəmiyyəti yoxdur. Onların torpaqların minalardan təmizlənməsinə cəlb olunması məsələsi tamamilə başqa bir missiyadır və bu gələcəkdə müzakirə oluna bilinər. Sülhməramlıların Xocalıda böyük bir hissəsi qalsa da, onlar da mərhələli şəkildə buranı tərk edəcəklər. Bir sözlə, nəhayət ki, xarici dövlətin qoşun hissələri Azərbaycan ərazisini tərk edir. Bundan sonra öz gücümüzə torpaqlarımızın etibarlı müdafiəsini təşkil edəcəyik”.

Emin ŞİRVANZADƏ

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla