AZ

Yapon ordusu Estoniya istehsalı olan robotlar sifariş edib

Yaponiya Estoniyanın Milrem Robotics şirkətinə yüklərin daşınması və kəşfiyyatı üçün 3 ədəd THeMIS robotlaşdırılmış quru sistemi sifariş edib.

Herbiand.az-ın “The Defence Post”a istinadən məlumatına görə, robotlar həm yolda, həm də yolsuzluqda müstəqil şəkildə əməliyyatlar yerinə yetirməyə imkan verən MIFIK intellektual funksiyalar dəsti alacaqlar.

MIFIK proqram paketi THeMIS operatorlarına yol nöqtəsi naviqasiya texnologiyasından istifadə edərək missiyaları əvvəlcədən planlaşdırmağa imkan verir.

Milrem Robotics-in baş direktoru Kuldar Vyaersi bildirib ki, müqavilə Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin itki riskini məhdudlaşdırmaq öhdəliyini nümayiş etdirir: “Yaponiyanın Quru Özünümüdafiə Qüvvələri tərəfindən qabaqcıl robot texnikasını təchiz etmək üçün seçildiyimizə görə qürur duyuruq”.

Razılaşma Yaponiya ordusunun Tokionun yeni müdafiə imkanlarının tətbiqinə yönəlmiş sürətləndirilmiş satınalma proqramının bir hissəsi idi.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla