AZ

ASK öz törəmə şirkətini məhkəməyə verdi

Azərbaycan Sənaye Korporasiyası (ASK) törəmə şirkətini məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, Azərbaycan Sənaye Korporasiyası ASC məhkəmədə "Azərizolit" MMC barəsində məhkəmədə "Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr" barəsində iddia qaldırıb. 

İş Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidovun icraatındadır. 

Məlumat üçün qeyd edək ki, "Azərizolit" MMC Azərbaycan Sənaye Korporasiyasının törəmə şirkətidir. 

Qeyd edək ki, bu ilin yanvarın 1-dən "Azərizolit" MMC-nin direktoru vəzifəsinə İsmayılov Şaiq Nazim oğlu gətirilib. Nizamnamə kapitalı 9.828.300 manat olan şirkətin hazırda 72 min 374 manat vergi borcu var. 

Həmçinin 08.04.2024 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən 539.1-1-ci maddəsi əsasında protokol tərtib olunmuşdu. 

Həmin maddəyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.

Rəhim

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla