AZ

"Samsung" ABŞ-dan 6,4 milyard dollar çip dəstəyi aldı

"Samsung" öz açıqlamasında Texasda çip istehsalını artırmaq üçün ABŞ hökumətindən 6,4 milyard dollara qədər birbaşa maliyyə aldığını açıqladı. "Samsung” ABŞ-dakı investisiyalarını da artıracaq. 7NEWS.az xəbər verir ki, ABŞ-ın Ticarət Naziri Gina Raimondonu Texasdakı yeni yarımkeçirici istehsalı müəssisəsində qəbul edərkən, "Samsung" Electronics CHIPS və Elm Aktı çərçivəsində ABŞ-dan 6,4 milyard dollara qədər birbaşa maliyyə aldığını elan etdi. İnvestisiya çərçivəsində "Samsung" avtomobil, məişət elektronikası, IoT, aviasiya və digər mühüm sektorlarda istifadə olunacaq çiplər üçün yeni istehsal gücü və imkanları yaradacaq. 7NEWS.az
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla