AZ

Əsas hədəfimiz məktəblərdə baş verən neqativ halların qarşısını almaqdır

Bizim arzumuz budur ki,“Məktəblinin dostu” bütün məktəblərdə olsun.

 

AzEdu.az xəbər verir ki,bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbir zamanı deyib:

 

O, bildirib ki,Bizim arzumuz budur ki, bütün məktəblərdə “Məktəblinin dostu” olsun.

 

Məktəb elə bir yerdir ki, ayrı-ayrı ailələrdən gələn uşaqlar bir yerdə birləşir. 1 milyon 500 min şagirdin olduğu təhsil ocaqlarında hər gün hansısa bir xoşagəlməz hal baş verə bilər. Sual oluna bilər ki, niyə bu hallarda məktəblinin dostuna ehtiyac yarandı?


Çünki məktəbdə baş verən hadisələri məktəb daxilində, hətta nazirliyə də çatmadan həll etmək adəti var. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu kimi hallar ört-bas edilməsin, əksinə həll edilsin. Məktəb elə bir mühitdir ki, burada təsəvvür edilən və edilməyən zorakılıq da müşahidə edilə bilər. Biz bu problemi ümumilikdə sosial problem kimi qeyd edirik, amma ailədaxili münaqişələr və ailədaxili mühit nəticədə məktəbə əks oluna bilir.

 

Heç kim məktəblərdə xoşagəlməz halların baş verməyəcəyinə zəmanət verə bilməz. İstəyərik ki, olmasın , lakin belə hadisələr hər yerdə olub, olur və olacaq.  Dünyada elə təhsil mühiti yoxdur ki, orada bullinq olmasın. Yaxşı təhsil məncə nə qədər bullinqin olub olmaması deyil, bu hallar olduğu halda hansı tədbirlərin görülməsidir.

 

Layihənin tətbiq olunduğu məktəblərdə video müşahidələr aparılır. Bu videogörüntülər 30-45 gün ərzində bizdə saxlanılır və bunlarla biz araşdırma apara bilirik.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla