AZ

"Real"ın ulduzu "Barselona"ya qarşı oynamayacaq?

"Real"ın hücumçusu Vinisius Junior UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan "Mançester Siti" ilə cavab oyununda (1:1, 4:3 - penaltilər) zədələnib.

Publika.az xəbər verir ki, matçın əlavə hissəsinin 22-ci dəqiqəsində braziliyalı futbolçu bud nahiyəsində problem yaşayıb. O, ağrıdan meydana yıxılıb. Bundan sonra Lukas Vazkeslə əvəzlənib.

Sport.es-in məlumatına görə, Vinisius aprelin 21-də İspaniya La Liqası çərçivəsində baş tutacaq "Barselona" ilə oyunu buraxmaq riski ilə üz-üzədir. Futbolçu bu gün tibbi müayinədən keçəcək.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla