AZ

58 yaşlı Romariodan qeyri-adi qərar

Romario hamını təəccübləndirən qərar verib.

"Football-plus.az" xəbər verir ki, Braziliya millisinin sabiq hücumçusu karyerasını bərpa edib!

“O Globo” qəzetinin yaydığı xəbərə görə, 58 yaşlı futbol veteranı prezidenti olduğu “Amerika”da 30 yaşlı oğlu Romarinyo ilə birgə oynayacaq. Romario Rio de Janeyro klubu ilə minimum maaş əvəzində müqavilə imzalayıb. “Amerika” hazırda Braziliya çempionatının D seriyasında çıxış edir.

Romario karyerasını 2007-ci ildə başa vurmuşdu. 1987-2005-ci illərdə Braziliya yığmasında çıxış edən əfsanəvi futbolçu milli formada 70 oyuna 55 qol vurub. DÇ-1994-ün qalibi olan sabiq hücumçu uğurlarla zəngin olan karyerası ərzində “Vasku da Qama”, PSV, “Barselona”, “Flamenqo”, “Valensiya”, “Fluminense”, “Əl-Sədd”, “Mayami”, “Adelayde Yunayted” və “Amerika”da (Rio de Janeyro) oynayıb.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla