AZ

İbrahim Tatlısəs “Ahmet adam olmaz!” deyib mirasını açıqladı

Oğlu Ahmet Tatlısəs və nəvəsi Mert Tatlısəslə məhkəməlik olan İbrahim Tatlısəs miras qalması ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, Türkiyədə bir maqazin proqramına qatılan İbrahim Tatlısəs oğlu Ahmet Tatlısəsi mirasından məhrum edəcəyini deyib.

“Ahmet mənim əqli cəhətdən sağlam olmadığımı deyərək mənə böhtan atdı. “Sağlamlıq” sənədi almaq üçün beş xəstəxanaya getdim. Onların hamısı “ruhi sağlamlığı yerindədir” sənədini verdi.

Mən qane olmadım, məhkəmə tibb ekspertizasından da rəy aldım. Hakim dedi ki, “əqli cəhətdən sağlam deyilsə, necə 1500 mahnı oxuya bilər?” Ahmet indi görəcək! O, ata-oğul münasibətinin necə olduğunu görəcək”, - deyə Tatlısəs qeyd edib.

“Bodrumda ona verdiyim dörd evi ondan alacam. Mən onu övladıqdan rədd edə bilmərəm, amma mirasımdan rədd edəcəm. Mənim ona verdiyim yeddi dükanı artıq müflis edib, başqalarına verib.

Bu günə qədər həmişə övladlarımın, nəvələrimin qayğısına qalmışam. Onların bütün evləri, maşınları alınıb, maaşları da verilir. İndi evləri olan yeni sahə tikirəm, o mənzilləri də övladlarıma verəcəm. Amma Ahmet adam olmaz! Qardaşlarının əmlakını da məhv edib. Artıq belə azad həyat yoxdur! Bundan sonra atalığın nə olduğunu görəcək!”.

Seçilən
97
3
Mənbələr
Şərh ()
Bağla