AZ

Beyləqanda çiyid səpininə başlanılıb

Beyləqanda

Beyləqan, 18 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqan rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə başlayıblar. Pambıqçılar artıq qısa vaxtda 500 hektara yaxın sahədə səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beyləqanlı fermerlər cari ilin məhsulu üçün "MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC ilə 8637,2 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıblar. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxalanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Hazırda sahələrdə çiyid səpini davam edir. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub. Səpinin 10-15 gün müddətində başa çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, 2023-cü ildə Beyləqan rayonunda 6673,7 hektar sahədə pambıq əkilib, 21 min 606,4 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 32,4 sentner olub.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla