AZ

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

“Roma”

Bakı, 18 aprel, AZƏRTAC

İtaliyanın “Roma” klubu əfsanəvi futbolçusu Daniele De Rossini baş məşqçi postunda saxlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəhbəri Den Fridkin məlumat verib. O, 41 yaşlı mütəxəssisin xidmətlərindən razı qaldıqlarını və gələcək mövsümdə də onunla davam etmək istədiklərini bildirib.

Bu ilin yanvarında “canavarlar”la mövsümün sonunadək müqavilə bağlayan keçmiş futbolçu komandasının başında çıxdığı 16 oyunda 11 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət alıb.

Qeyd edək ki, Daniele De Rossi oyunçu kimi 2001-2019-cu illərdə “Roma”da çıxış edib.

 

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla