AZ

“Qarabağ ermənilərinin evlərinə qayıtmaq imkanı olmalıdır” – Zaxarova


“Qarabağ ermənilərinin təhlükəsizliklərini və hüquqlarını təmin etmək şərti ilə evlərinə qayıtmaq imkanı olmalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Qarabağ ərazisini tərk edən erməni əhaliyə gəlincə, qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyəti xüsusi reinteqrasiya planı qəbul edib. Rusiyanın bu addımı alqışladığı və dəstəklədiyi dəfələrlə vurğulanıb. Qarabağ ermənilərinin təhlükəsizliklərinin və hüquqlarının təmin edilməsi şərti ilə regiona qayıtmaq imkanı olmalıdır”, - deyən Zaxarova Rusiyanın da öz növbəsində bu prosesə hər cür kömək etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, bu məsələni 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı və Azərbaycanı tərk edən azərbaycanlıların və ermənilərin evlərinə qayıtması mövzusundan ayırmaq lazımdır: “Bu kateqoriyadan olan vətəndaşların potensial olaraq geri qayıtmasına şərait yaratmaq üçün böyük həcmdə iş görülməlidir. Bizə Ermənistan-Azərbaycan münasibətlərini hərtərəfli normallaşdırmaq lazımdır. Bizə ölkələr arasında etimad mühiti yaratmaq, sülh müqaviləsini imzalamaq, o cümlədən kommunikasiyalar blokunu açmaq lazımdır”, - Zaxarova deyib.
Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla