“Məktəblinin Dostu” layihəsi ilə bağlı 15 məktəbdə sorğu keçirilib.
1news.az xəbər verir ki, bunu Elm və təhsil nazirinin müşaviri Azər Abizadə deyib. Sorğu 5-ci və daha yuxarı sinif şagirdləri arasında keçirilib. Sorğuda 14350 nəfər iştirak edib. Onlarda 7500 nəfər oğlan, 6850-si isə qız olub. Bundan başqa sorğuda 2300 valideyn iştirak edib. Nəticə olaraq • Məktəblinin Dostu şagirdlərin böyük əksəriyyəti tanıyır. • Şagirdlərin böyük əksərǝyyəti qeyd edib ki, . • Məktəblinin Dostunun gəlişi mübət fərqlilik yaradıb • Məktəbdə daha az dava olur • Məktəblinin Dostu yanğın hadisələrinə daha tez müdaxilə edir . Məktəblinin Dostu məktəbdə şagirdlərin kömək istəyəcəyi insan oldu • Məktəblinin Dostundan kömək istəmək rahatdır Məktəblinin Dostu hər zaman kömək etməyə hazırdır Məktəblinin Dostu məktəbdə fərqli cür təlim və tədbirlər keçirdirlər. Valideynlərin böyük əksərǝyyəti qeyd edib ki, • Məktəbdə daha az dava olur • Məktəblinin Dostu yanğın hadisələrinə daha tez müdaxilə edir • Məktəblinin Dostu məktəbdə övladlarının kömək istəyəcəyi insan oldu • Məktəblinin Dostu hər zaman kömək etməyə hazırdır • Məktəblinin Dostu məktəbdə fərqli cür təlim və tədbirlər keçirdirlər.
Sorğuda iştirak edənlərin 90 faizdən çoxu “Məktəblinin Dostu” layihəsi ilə bağlı məlumatlı olduğunu bildirib.