AZ

"Azərbaycan müstəqillik mübarizəmizdə bizə dəstək göstərir" - Naisseline Omayra

“Biz bu gün çox tarixi bir gün yaşayırıq”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən konfrans zamanı çıxış edən Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Naisseline Omayra deyib.

“Bildiyiniz kimi, Kaledoniyada artıq üç referendum keçirilib. Biz bu referenduma qarşı öz iddiamızı davam etdiririk. Artıq buna qarşı sənədlər hazırlamışıq ki, referenduma yenidən baxılsın. Çünki bu referendum xalqın haqlarını oğurlayır. Azərbaycan bizim müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə təşəkkür edirik. KİV-dən də göründüyü kimi, minlərlə insan küçələrə axışmış və bu zaman Yeni Kaledoniya ilə bərabər Azərbaycanın da bayrağı qaldırılıb. Biz bu gün Azərbaycanın Milli Məclisinin Sədri ilə birgə əməkdaşlıq memorandumu imzaladıq. Bu memorandum həm siyasi dəstəyi özündə ehtiva edir, həm də iqtisadi, mədəniyyət sahəsində əməkdaşlığı gücləndirməyimizə şərait yaradacaq”,-deyə o əlavə edib.

Seçilən
122
10
Mənbələr
Şərh ()
Bağla