AZ

MBA-da qaydalarda dəyişiklik edilir

MBA rəhbərliyi pley-off zamanı yeni qaydanı müzakirə edib. Mətbuatın məlumatına görə, mövsümdaxili turnirin əhəmiyyətinin artırılması planlaşdırılır.

Yeni qaydalara əsasən, MBA kubokunda daha yüksək nəticə göstərən komandanın pley-off zamanı ev üstünlüyü ola bilər. Komandaların qələbə sayı eyni olduqda ilk baxılan göstərici məhz kubokun nəticələri olacaq. Ondan sonra komandalar arasındakı şəxsi görüşlərin nəticələrinə fikir veriləcək.

Yeni qaydaların rəsmən təsdiqlənməsi üçün səsvermə təşkil ediləcək. Xatırladaq ki, dekabrda MBA tarixində ilk dəfə möxsümdaxili turnir keçirilmişdi. Turnirin qalibi “Los-Anceles Leykers” komandası olmuşdu.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla