AZ

Yeni kaledoniyalı komitə sədri: Müstəqillik mübarizəmizdə Azərbaycan xalqını yanımızda görmək çox sevindiricidir

“Müstəqillik mübarizəmizdə Azərbaycan xalqını yanımızda görmək çox sevindiricidir”.

APA xəbər verir ki, bunu Milli Məclisdəki “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayra deyib.

“İki ölkə arasında imzalanan bu memorandum özündə siyasi dəstəyi ehtiva edir. Bu isə o deməkdir ki, biz iqtisadiyyat, mədəniyyət və bir sıra başqa sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcək. Bizim həmkarlarımız və kanak xalqının adından da sizə təşəkkür edirik”, - o əlavə edib.

Seçilən
80
10
Mənbələr
Şərh ()
Bağla