G7 dövlətləri Rusiya rəhbərliyindən Ukraynaya münaqişə zamanı dəymiş ziyanı ödəməyənə qədər Rusiyanın aktivlərini dondurmağı planlaşdırır.
Bu barədə Vaşinqtonda keçirilən görüşdən sonra G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin birgə bəyanatında deyilir.
“Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin etmək əzmində olduğumuzu bir daha təsdiqləyirik. O vaxta qədər Rusiyanın yurisdiksiyalarımızdakı suveren aktivləri dondurulmuş vəziyyətdə qalacaq”, - bəyanatda deyilir.
Mövsüm