AZ

Qvineyalı bombardiri transfer etmək istəyir - Premyer Liqa klubu

“Mançester Yunayted” Almaniya Bundesliqasında ən çox qol vuran oyunçulardan birini istəyir.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, söhbət “Ştutqart”ın hücumçusu Seru Qirassidən gedir.

“Qırmızı şeytanlar” 28 yaşlı futbolçu ilə yaxından maraqlanır. İngiltərə Premyer Liqasının digər klubları da Qirassinin xidmətində maraqladır. Amma hücumçu uğrunda mübarizədə favorit hələ məlum deyil.

Daha əvvəl bildirilmişdi ki, Qirassinin müqaviləsində təzminat məbləği 20 milyon avro civarında nəzərdə tutulub.

Qvineyalı Almaniya çempionatında keçirdiyi 23 oyunda 25 qol vuraraq, “Bayern”in forvardı Harri Keyndən sonra bombardirlər cədvəlində 2-ci yerdə qərarlaşıb.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla