AZ

"Fransa post-müharibə dövründən anti-Azərbaycan mövqeyini göstərib" - Politoloq

\"Fransa post-müharibə dövründə anti-Azərbaycan mövqeyini daim nümayiş etdirib. Əlində olan imkanlardan ölkəmizə qarşı istifadə edib\".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
 
Politoloqun fikrincə, Fransa nəinki Azərbaycanın, o cümlədən Rusiya və qardaş Türkiyənin də regional maraqlarına zərbə vurmaq istəyir:
 
\"BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və Frankafoniya təşkilatı da xüsusi vurğulanmalıdır. Eyni zamanda, Fransa Cənubi Qafqazda Ermənistanı dəstəkləməklə, Rusiya və Türkiyənin regional maraqlarına zərbə vurmaq məqsədi güdür. Ölkəmizə qarşı məkrli və çirkin planlar iflasa uğradıqdan sonra Fransa Prezidenti Emmanuel Makron Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırdı və Yenisey sarayında onunla görüşdü. Bakı ilə Paris arasında münasibətləri birtərəfli qaydada pozan dövlət Fransadır. Birtərəfli qaydada Ermənistanı dəstəkləyən tərəf də Fransadır. Ermənistanı silahlandırmaqla regionda revanşizmi gücləndirmək istəyən ölkə də məhz Fransadır. 
 
Azərbaycan balanslaşdırılmış, proqnozlaşdırılan, regionda sülhün möhkəmlənməsinə yönəlmiş mövqe nümayiş etdirən dövlətdir. Burada Fransanın pozuculuq və destruktiv niyyətləri sülhə zərbə vurur. Bununla yanaşı, Azərbaycan-Ermənistan arasında sülhün və təhlükəsizliyin əldə olunmasına maneçilik törədir\".
 
Mikayıl Mirzəzadə
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla