AZ

Ruslan İzzətli 35 yaşını həbsxanada keçirir

Bu gün, aprelın 18-də III Respublika Platformasının Qurucu heyət üzvü, Qarabağ qazisi Ruslan İzzətli 35 yaşını həbsxanada keçirir. 

Bu barədə III Respublika Platformasının "Feysbuk" səhifəsində məlumat yayılıb. 

III Respublika Platfotmasının spikeri Akif Qurbanovun həbsxanadan yazdığı məktubda bildirilir ki, haqsız ittihamlarla həbs edildiyi üçün 35 yaşını həbsxanada qeyd edən Ruslan İzzətli Azərbaycanın peşəkar və işıqlı gənc siyasətçilərindən biridir. 

O, 2011-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasi Elmlər Məktəbini, 2019-cu ildə İstanbulda Bahçeşehir Universitetində Beynəlxalq münasibətlər və qlobal siyasət üzrə magistratura pilləsini bitirib. 

2019-cu ildə isə ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership) proqramının iştirakçısı olub.

Peşəkar təhsilini davam etdirməklə yanaşı, Ruslan İzzətli, gənc yaşlarından etibarən cəsarətlə ictimai-siyasi proseslərin mərkəzində yer alıb. 

2009-2012-ci illərdə Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri, 2012-2013-cü illərdə isə Ümid Partiyasının İdarə heyətinin üzvü olub. 

Cəsarəti ilə bərabər ideyalarına sadiqliyi və prisipiallığı ilə tanınan Ruslan İzzətli 2013-cü il prezident seçkilərindən sonra partiyadan istefa verərək "Demokratiya 1918" Hərəkatını yaradıb. 

O, 2015 və 2020-ci illərdə parlament seçkilərində müstəqil namizəd kimi iştirak edib. 

Üzləşdiyi seçki saxtakarlıqlarına qarşı sonadək mübarizə apararaq 33 saylı Xətai Seçki Dairəsinin nəticələrinin ləğv edilməsinə nail olub.

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Ruslan İzzətli, "Füzulinin işğaldan azad edilməsinə görə” və "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. 

Siyasi fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalan Ruslan İzzətli 2024-cü il martın 7-də  III Respublika Platformasına qarşı başladılan repressiya dalğası ilə bərabər saxta ittihamlarla həbs edilib. 

"Bu gün haqsız yerə və saxta ittihamlarla həbsdə olmasına baxmayaraq Ruslan İzzətli bizləri birləşdirən respublikaçılıq məfkurəsi uğrunda mübarizəsini inamla davam etdirir. Ruslan bəyi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uğrunda mübarizə apardığı demokratik və hüquqi dövlətdə, III Respublikada yaşamağı arzu edirəm", - deyə Akif Qurbanov qeyd edib. 

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla