AZ

Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı azalıb

2024-cü ilin birinci rübündə Azərbaycan vətəndaşları Türkiyədə 169, o cümlədən martda 57 mənzil alıb ki bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə uyğun olaraq 18,3% və 17,4% azdır. Bu barədə Türksat məlumat verib. 

2023-cü ilin yanvar-fevralında  Azərbaycan vətəndaşları Türkiyədə 38 , martda isə 12 mənzil alıb. 

Azərbaycan vətəndaşları Türkiyədə ev alan ilk onluqda 7-ci yeri tutub.

Ümumilikdə, bu ilin birinci rübündə Türkiyədə xarici vətəndaşlara 5729 mənzil satılıb ki bu da keçən ilin uyğun dövründən 48% azdır. Martda Trükiyə ərazisində 1791 xarici vətəndaş daşınmaz əmlaka sahib olub.
 
 
N.Təbrizli
 


www.anews.az
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla