AZ

Püskürən vulkanı ildırım vurub - Nadir təbiət hadisəsinin ANBAAN VİDEOSU

İndoneziyada püskürən vulkanı ildırım vurub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nadir təbiət hadisəsi anbaan lentə alınıb.

Şimali Sulavesi əyalətində ən aktiv yerli vulkanlardan biri olan Ruanq çərşənbə axşamı, aprelin 16-da oyanıb.

Çərşənbə günü, aprelin 17-də daha dörd püskürmə baş verib. Hadisə şahidlərinin lentə aldığı videoda həmin an lavanın atıldığı vulkana bir neçə ildırımın necə düşdüyünü görmək olur.

Məlum olub ki, ildırım isti və quru kül buludundan yaranan statik elektrik nəticəsində əmələ gəlib və vulkan püskürməsinə aprelin 9 və 14-də Molukka dənizində baş vermiş iki tektonik zəlzələ səbəb olub.

Ruanq püskürməsi zamanı 3,2 bal gücündə zəlzələ də qeydə alınıb. Kül sütunu üç kilometr hündürlüyə qalxıb.

Seçilən
102
6
Mənbələr
Şərh ()
Bağla