- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Sülhməramlıların Azərbaycanı tərk etməsi birmənalı şəkildə müsbət addımdır.
Bu sözləri Herbiand.az-a Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bildirib:
“Bu Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsidir. Ümumiyyətlə, sülhməramlı kontingent ölkə ərazisinə “nəzarət”ə gəlməsələr də olardı. Başqa bir dövlərin, işğalçı ölkənin Azərbaycan torpağında nə işi var? Heç vaxt rusun sözünə, erməni sədaqətinə, farsın ibadətinə inanmamalıyıq. Məmməd Əmin Rəsulzadənin tarixi kəlam var. Deyir ki, “Rusiya kiçilib öz tarixi torpaqlarına sığmayınca dünya xalqlarına rahatlıq yoxdur”. Bunun üçün də biz ayıq olmalıyıq. Bu işin arxasında başqa nüansın və oyunun olmamasından əmin olmalıyıq.”
Emin ŞİRVANZADƏ
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.