AZ

«M-Bulak» BOKTun vəziyyəti - MƏLUM OLDU - HESABAT

«M-Bulak» BOKT MMC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2023-ci ildə «M-Bulak» BOKT ötən ili 4 milyon 163 min manat xalis mənfəətlə yekunlaşdırıb. Bu 2022-ci illə müqayisədə 43,6% çoxdur.

BOKT mənfəət vergisi xərcini illik müqayisə ilə 330 min manat (52,6%) artırıb. belə ki, ötən il 957 min manat mənfəət vergisi ödəyib.

BOKT-un faiz gəlirləri 8 milyon 268 min manat, xərcləri isə 65 min manat olub. 

Gəlirlər illik müqayisədə 33,4% artıb, ötən il isə faiz xərcləri olmayıb.

Beləliklə ötən il "M-Bulak" BOKT 8 milyon 203 min manat əldə edib ki, bu da 2021-ci ilə nisbətən 2 milyon 7 min manat və ya 32,4% çoxdur.

 

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla