AZ

WhatsApp-a çat filtrləri əlavə edilib

 WhatsApp tərtibatçıları messencerdə yeni faydalı özəlliyin istifadəyə verildiyini elan ediblər. Söhbət, çatlar üçün nəzərdə tutulmuş filtrlərdən gedir. Bu filtrlər lazımi mesajların sürətli tapılmasına istiqamətlənib. Beləliklə WhatsApp-dakı çatlar üçün 3 filtr əlavə edilib. Birinci filtr All adlanır və o, bütün çatları əks etdirir. İkinci filtr Unread adlanır və o, istifadəçi tərəfindən oxunmamış çatları əks etdirir. Üçüncü filtr isə Groups adlanır və o, qrup çatlarını əks etdirir. Bu yeni faydalı özəllik WhatsApp istifadəçiləri arasında tədricən istifadəyə verilir və yaxın zamanda hamıda aktiv olacaq.

© technote.az 

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla